Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni il şənliyi keçirilmişdir

Çap

Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni il şənliyi keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış etmişlər.

Bildirilmişdir ki, sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli təşkili, o cümlədən bayram günlərində onlar üçün tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirdə Heydər Əliyev adına Uşaq Gənclər Yaradıclıq  Mərkəzinin rəqs qrupu mahnı və rəqslər ifa etmiş, Naxçıvan Dövlət Kukla Teatrının aktyorları maraqlı səhnəciklər göstərmişlər.

Şaxta baba və Qar qız da tədbirdə iştirak etmiş, uşaqlara hədiyyələr vermişlər.