Ahıllar Evinin sakinləri üçün tədbir təşkil edilib

Çap

Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar Evində  tədbir olub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, dövlətimiz tərəfindən sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar qayğı ilə əhatə olunub. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində xidmət göstərilir. Eyni zamanda tənha ahıl qadınlara evlərində də lazımi köməklik edilir. Belə insanlar mütəmadi olaraq evlərində ziyarət olunur, onların qayğıları öyrənilir və zəruri problemləri qısa zamanda həllini tapır.

Yaşından asılı olmayaraq, hər bir qadının mənəvi dayağa, ülvi məhəbbətə, isti münasibətə ehtiyacı var. Ona görə də heç kəs bu qayğını insanlardan əsirgəməməlidir. Belə bir əziz gündə də təbii ki, qayğını, sevgini ailəsindən, evindən, övladından uman qadınlarımıza, analarımıza sevinci dövlətimiz  bəxş edir.

Bunun nəticəsidir ki, Ahıllar evinin sakinləri demək olar ki, mütəmadi ziyarət olunur, onların çətinlikləri öyrənilir və zəruri problemləri qısa zamanda öz həllini tapır.

Ahıllar Evinin direktoru Ülviyyə Quliyeva da çıxış edərək əlamətdar gün münasibətilə ahılları təbrik edib.

Tədbirdə Ahıllar Evinin sakini olan qadınlara qonaqlar tərəfindən bayram hədiyyələri və gül dəstələri təqdim olunub.

Ahıl və kimsəsiz qadınlar göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.