Ali Məclisin Sədri Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi

Çap

Prezident İlham Əliyev yanvarın 13-də Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü-60 illik yubileyidir.