Uşaqlar filmə baxıblar

Çap

Muxtar respublikada bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək diqqət mərkəzində saxlanılır. Həmçinin istirahət günlərində onların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətdə bir sıra işlər görülür.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 70 uşağa Naxçıvan Dövlət Film Fondunda “Buta” filmi nümayiş olunub.

Film uşaqlar tərəfindən maraqla qarşılanmışdır.