Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edildi

Çap

Prezident İlham Əliyev fevralın 12-də Azad Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilsin".