Ali Məclisin Sədri Sərəncam imzaladı

Çap

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də 2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

2020-2025-ci illər üçün Naxçıvan Muxtar

Respublikasında idmanın inkişafına dair

DÖVLƏT PROQRAMI

I. Giriş

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır.  Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.

2019-cu ildə muxtar respublikada 5 beynəlxalq, 1 ölkə səviyyəli olmaqla 386 idman tədbiri keçirilmiş, idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə, Azərbaycan birinciliklərində yüksək nailiyyətlər əldə edərək muxtar respublikamızın idman nüfuzunu qaldırmağa müvəffəq olmuşlar.

Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqram müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır.

II. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardan ibarətdir:

-əhalidə sağlam həyat tərzinin formalaşdırılması;

-uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi;

-istedadlı idmançıların üzə çıxarılması;

-bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi;

-idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması.

III. Gözlənilən nəticələr

Dövlət Proqramda nəzərdə tutulan tədbirlərin icrasından gözlənilən nəticələr aşağıdakılardır:

-cəmiyyətdə sağlam həyat tərzi formalaşacaq;

-bədən tərbiyəsi və idman kütləvi xarakter alacaq;

-beynəlxalq əməkdaşlıq imkanları genişlənəcəkdir.

IV. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

V. Proqramın həyata keçirilməsi üzrə

TƏDBİRLƏR  PLANI

Tədbirin məzmunu

İcraçı

İcra müddəti

  1. Muxtar respublikada idmanın kütləviliyini

artırmaq üçün həyata keçirilən tədbirlər

1.1.

Əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,

şəhər və rayon

icra hakimiyyətləri

Mütəmadi

1.2.

İdman sahəsində qarşılıqlı fəaliyyət planlarının hazırlanıb həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

İldə bir dəfə

1.3.

Gənclərin fiziki hazırlıq səviyyəsi­nin yüksəldilməsi, onların vətənin müdafiəsinə hazırlanması istiqamə­tində tədbirlərin görülməsi, hərbi idman oyunlarının təşkili

Naxçıvan Hərbi Qarnizonu,

Gənclər və İdman Nazirliyi,

Təhsil Nazirliyi

Mütəmadi

1.4.

Muxtar respublikada idmanın müxtəlif növlərinin inkişa­­­fı məqsədilə federasiya, klub və digər ictimai birliklərin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

Mütəmadi

1.5.

“İdman festivalı”nın keçirilməsi

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

İldə bir dəfə

1.6.

Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklən­məsi, pullu xidmət növlərinin inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2020-

2025-ci

illər

1.7.

Muxtar respublikada idman turizminin inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi, Turizm Departamenti

Mütəmadi

1.8.

Bütün təhsil müəssisələrində idman klublarının yaradılması və idmanın müxtəlif sahələri üzrə şagird və tələbələrin idmana cəlb olunması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri

Mütəmadi

1.9.

Bədən tərbiyəsi və idman vasitəsi ilə xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, bu sahədə tədbir­­lərin görülməsi, layihələrin hazırlanması

Gənclər və İdman Nazirliyi,

Səhiyyə Nazirliyi,

Daxili İşlər Nazirliyi

Mütəmadi

1.10.

Sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsi ilə reabilitasiyası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

Mütəmadi

  1. Kadr təminatı və tədrisin təşkili

2.1.

Bədən tərbiyəsi və idman sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadrların peşə hazırlığının təkmilləşdirilməsi və tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsi

Təhsil Nazirliyi,

Naxçıvan Dövlət Universiteti

Mütəmadi

2.2.

Uşaq-gənclər idman məktəblərinin fəaliyyətinin gücləndirilməsi, təhsil müəssisələrində idman yarışları və spartakiadaların təşkil edilməsi

Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi

Mütəmadi

2.3.

Muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

Mütəmadi

2.4.

Ali təhsil müəssisələrində hamiliyə götürülən ixtisaslarda gənclərlə işin aparılması, istedadlı gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakının təmin edilməsi

Gənclər və İdman Nazirliyi

Mütəmadi

2.5.

Ali təhsil müəssisələrində idman sahəsi üzrə kadr hazırlığı işinin gücləndirilməsi

Naxçıvan Dövlət Universiteti,

“Naxçıvan” Universiteti

2020-

2022-ci

illər

2.6.

Muxtar respublikada idmanın müxtəlif növləri üzrə məktəblərin yaradılması

Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları

2020-

2025-ci

illər

3. Bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı                                              maddi-texniki bazanın möhkəmləndirilməsi

3.1.

İdman infrastrukturunun modernləş­di­ril­məsi

Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, idman federasiyaları

2020-

2025-ci

illər

3.2.

Yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi sahələrin ayrılması

Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri

2020-

2025-ci

illər

3.3.

İstirahət parklarında sadə idman qurğularının quraşdırılması və idman güşələrinin yaradılması, əhalinin bütün təbəqələrinin bu qurğulardan istifadəsi üçün tədbirlərin görülməsi

Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

2020-

2025-ci

illər

3.4.

Ağbulaq Xizəksürmə Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Turizm Departamenti

2020-ci il

3.5.

Sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksinin yaradılması

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Paralimpiya Federasiyası

2023-cü il

3.6.

Ordubad Şəhər Stadionunun yenidən tikilməsi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2020-ci il

3.7.

Muxtar respublikanın kəndlərində stadionların müasir tələblər səviyyə­sində qurulması

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

rayon icra hakimiyyətləri

2020-

2025-ci

illər

4. İdman sahəsində beynəlxalq əməkdaşlıq

4.1.

İdman sahəsində beynəlxalq əməkdaş­lığın genişləndirilməsi, idmançıların beynəlxalq turnirlərdə iştirakının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

Mütəmadi

4.2.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” Beynəlxalq Şahmat Festivalı­nın keçirilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası

2020-

2025-ci

illər

4.3.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş cüdo üzrə Beynəlxalq turnirin keçirilməsi

Gənclər və İdman Nazirliyi,

Güləş Federasiyası

May

2020-ci il

4.4.

Naxçıvan şəhərində “Karate üzrə Dünya Kuboku”nun keçirilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası

May

2020-ci il

4.5.

Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilmə­sinin təmin edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası

Oktyabr

2020-ci il

4.6.

Şahmat, güləş, cüdo, karate-do, boks, futbol, voleybol, ağırlıqqal­dırma, yüngül atletika, atıcılıq, basketbol, hava və ekstremal idman növləri üzrə Türkiyə və İran İslam Respublikaları ilə əməkdaşlığın genişləndiril­mə­si, yoldaşlıq görüş- lərinin keçirilməsi

Gənclər və İdman Nazirliyi,

idman federasiyaları

Mütəmadi

5. Bədən tərbiyəsi və idman sahəsində təminatlar

5.1.

Bədən tərbiyəsi və idman sahəsində xidmətlərə və nailiyyətlərə görə idmançıların əməyinin qiymətlən­dirilməsi

Gənclər və İdman Nazirliyi, idman federasiyaları

Mütəmadi

5.2.

İdmançıların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri,

idman federasiyaları

Mütəmadi

6. İdmanın təbliği sahəsində maarifləndirici tədbirlər

6.1.

Yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı təşviq bukletlərinin hazırlanması, bu sahədə internet saytlarında  və sosial şəbəkə­lərdə təbliğat işlərinin aparılması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,

Gənclər Fondu

Mütəmadi

6.2.

İdmanın təbliği ilə bağlı startap layihələrin hazırlanması, müasir texnologi­yaların imkanlarından istifadə edilməsi

Gənclər və İdman Nazirliyi,

Gənclər Fondu

Mütəmadi

6.3.

Bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasi­ya­sında əhəmiyyəti ilə bağlı maariflən­dirici tədbirlərin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyası

Mütəmadi

6.4.

İdman yarışlarının keçirilməsinə və təbliğinə “İdman könüllüləri”nin cəlb edilməsi

Gənclər və İdman Nazirliyi,

Gənclər Fondu

Mütəmadi

6.5.

İdmanın ayrı-ayrı növləri üzrə maarifləndirici sosial çarxların hazırlanması və təbliği

Gənclər və İdman Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

2020-

2025-ci

illər

6.6.

İdmanın təbliği ilə bağlı teleradio və qəzet materiallarının hazırlanması

Muxtar respubli­kanın kütləvi informasiya vasitələri

Mütəmadi