Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsili və tibbi reabilitasiyası diqqətdə saxlanılır

Çap

Sağlamlıq imkanları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmayıb. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 12 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olub.

Tibbi reabilitasiya məsələləri də diqqətdə saxlanılıb. Belə ki, 2019-cu il ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 435 uşaq müalicə alıb, 73 uşağa protez-ortopediya xidmətləri göstərilib, 58 uşağa texniki reabilitasiya vasitələri verilib.

Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılıb, 4 məktəbdə maarifləndirici görüş keçirilib.