Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir

Çap

Muxtar respublikada bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara kompleks şəkildə hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 43 uşağa Naxçıvan şəhər M.T.Sidqi adına Kukla Teatrında “Keçinin qisası” tamaşası nümayiş olunub.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanmışdır.