Heydər Əliyev muzeyi ziyarət olunub

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət ediblər.

Kollektivə muzey haqqında geniş məlumat verilərək, qeyd olunub ki, muzey 4388 eksponat olmaqla, Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Kollektiv Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar.