Seymur Talıbov FİDE-nin 90-cı konqresində iştirak edir

ÇapE-poçt

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov FİDE-nin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edir.

26 fevraldan başlayan konqres martın 1-də başa çatacaq.

Qeyd edək ki, on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək. Konqresdə bu mötəbər yarışla bağlı məsələlər də müzakirə olunub.

Joomla 1.5