Rövşən Məmmədov rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edildi

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının  rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilsin".

Joomla 1.5