Prezident Naxçıvan qadınlarını təltif edib

Çap

Prezident İlham Əliyev martın 5-də Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlar da var.

Prezidentin sərəncamı ilə Hüseynquliyeva Nazlı Hüseynqulu qızı “Əməkdar artist” fəxri adı ilə, Məmmədova Nüşabə Məmmədəli qızı "Əməkdar müəllim” fəxri adı ilə, Quluyeva Rahidə Əsgər qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.