8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində uzunömürlü qadınla görüş keçirilmişdir.

Çap

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Şahbuz rayonunda yaşayan 110 yaşlı Ceyran Qafarovanın yaşadığı ünvanda tədbir keçirilmişdir.

Tədbirdə bildirilmişdir ki, dövlət qadın siyasəti Muxtar respublikada uğurla həyata keçirilərək, qadınlar peşə kurslarına cəlb olunur, məşğulluqları təmin olunur, əl işlərindən ibarət sərgi-satışları təşkil olunur, sağlamlıqlarının təmin olunması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Həmçinin ahıl qadınlar da dövlətimizin diqqət qayğısı ilə əhatə olunaraq, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yubileyləri qeyd olunur.

Sonda qeyd olunan təşkilatların nümayəndələri qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə uzunömürlü C.Qafarovanı təbrik edərək, ona gül buketi və hədiyyələr təqdim etmişlər.

C.Qafarova ona göstərilən bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirmişdir.