8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində əlil qadınlarla görüş keçirilib.

ÇapE-poçt

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Şahbuz rayonunun Kükü kəndində yaşayan əlil qadınlara baş çəkilib. Aidiyyatı təşkilatların nümayəndələri qarşıdan gələn  8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mirvari və Şəfa Qurbanova bacılarını təbrik edərək bildirmişlər ki, Muxtar Respublikada yaşayan bütün kateqoriyadan olan qadınlar kimi əlil qadınlar da dövlətimizin kompleks qayğısı ilə əhatə olunublar. Onların sağlamlıqlarının qorunması və bərpası, peşə kurslarına cəlb olunması, əl işlərinin satışınının təmin olunması, pensiya və müavinətlərinin artırılması, cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Qeyd olunan təşkilatların əməkdaşları Mirvari və Şəfa Qurbanova bacılarını təbrik edərək, onlara gül buketi, ərzaq payı və hədiyyələr təqdim etmişlər.

Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndiriblər, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Joomla 1.5