Uşaqlara tamaşa göstərilib

Çap

Naxçıvan Muxtar Respublikasında bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək diqqət mərkəzində saxlanılır. Həmçinin əlamətdar günlərdə asudə vaxtlarının səmərəli təşkil olunması üçün bir sıra işlər görülür.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “10 mart-Milli Teatr Günü” münasibətilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 85 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunub.

Uşaqlar tamaşadan razı qalıblar.