Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Çap

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı https://covid19fundnmr.az fəaliyyətə başlayıb.
Saytın yaradılmasında əsas məqsəd muxtar respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərlə bağlı ictimaiyyətin operativ məlumatlandırılmasıdır.
Saytda ianələr barədə məlumatlar mütəmadi olaraq yenilənir. Həmçinin ödəniş edən hüquqi və fiziki şəxslərin adları, eyni zamanda vəsaitlərin ümumi həcmi ictimaiyyətə təqdim olunur.
Fondun saytında “İanə et” bölməsinin yaxın günlərdə aktivləşdirilməsi ilə onlayn ödənişlərin qəbul edilməsi də təmin ediləcəkdir. Bununla istənilən ünvandan könüllülərin ödəniş aksiyasına qoşulmasına şərait yaradılacaq.

Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.