Vəzifələr icra edilir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası sentyabr ayında da diqqətdə saxlanılmış, seminar, monitorinq və tədbirlər keçirilmiş, sərgi-satışlar təşkil olunumuşdur.

Aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud 5 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 2 qadının isə işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilmişdir. “Arıçılıq məhsulları-bal festivalı”nda 76 istedadlı qadının 385 əl işi nümayiş olunmuş, 18 qadının 35 əl işi satılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üçün İş Planına uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı keçirilmiş, Şahbuz şəhərində uzunömürlü Ceyran Qafarovanın anadan olmasının 110 illiyi qeyd olunmuşdur. Babək rayonunun Kərimbəyli kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri”, məktəbəqədər təhsil müəssisələrində isə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminarlar keçirilmiş, müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.

Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 2 uşaq müəssisəsində monitorinq keçirilmiş, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların yeni proqrama uyğun daxil edilməsi davam etdirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 25 uşaq ümumtəhsil məktəblərinə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuş, Bilik Günü ilə əlaqədar aztəminatlı ailələrdən olan 42 uşağa məktəbli paltarı və dərs ləvazimatları verilmişdir. 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan xüsusi qayğıya ehtiyacı olan tələbələrlə görüş keçirilmiş, onlara hədiyyələr təqdim olunmuşdur. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aid orqanlarla birlikdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Buratino” tamaşasına baxmağa valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan 80 uşaq cəlb edilmişdir.

Joomla 1.5