01.05.24 16:12
01.05.24 11:30
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatında sədrin köməkçisi və baş məsləhətçi–hüquqşünas vəzifələrinin tutulması üçün ümimi müsahibə elan edir.
Müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
09.04.24 11:44
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edir.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi işləri şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə 06 may 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Əlavə olaraq bildirilir ki, müsabiqədə bir müəllif 2 (iki) işlə iştirak edə bilər.
Müsabiqəyə təqdim ediləcək yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Arial şriftində (14), rəsm əsərləri 21x30 sm və daha böyük ölçülərdə olmalıdır.
Müsabiqəyə təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.
Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.
Müsabiqədə rəsm və yazı nominasiyası üzrə 3-I, 3-II, 3-III və 3 nəfər həvəsləndirici yerləri tutmuş şəxslər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər “15 May-Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçiriləcək tədbirdə müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva
Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42
Telefon: 545-39-75
29.03.24 16:47
Yaradıcı və həvəskar gənclərin nəzərinə!
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “İnsanlara nur bəxş edən - Akademik Zərifə Əliyeva” mövzusunda gənclər arasında esse yazı müsabiqəsi elan olunur.
Müsabiqədə iştirak etmək istəyən gənclər hazırladıqları esse yazılarını 22 aprel 2024-cü il tarixədək şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anketlə birlikdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçiriləcək.
Müsabiqəyə təqdim ediləcək esse yazı mətnləri 2-3 səhifə həcmində, A4 formatında, Arial şriftində (14) olmalıdır.
Müsabiqədə “Ən yaxşı yazı” nominasiyası üzrə 3-I, 3-II, 3-III və 3 nəfər həvəsləndirici yerləri tutmuş yaradıcı şəxslər Komitə tərəfindən müəyyənləşdiriləcək və qaliblər “İnsanlara nur bəxş edən - Akademik Zərifə Əliyeva” mövzusunda keçiriləcək tədbirdə mükafatlandırılacaq.
Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42
Tel: 545-39-75
18.03.24 16:10
Səhifə 1 > 402-dən