09.07.21 19:58
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1535-2021-07-10-07-07-43.html?tmpl=component&print=1&layout=default&page=#sigProId0b1d69521a
Bu qəbildən olan növbəti tədbir “Saat Meydanı” turistik və istirahət mərkəzində təşkil edilib. Tədbirdə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş həmçinin şəhid övladlarından ibarət 38 uşaq iştirak edib.
Uşaqlar əvvəl onlar üçün müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlara “patrul bebek”animasiya cizgi filmi nümayiş etdirilib.Tədbirin sonunda uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib.