Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlar üçün tədbir təşkil edilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar üçün  yay tətilinin maraqlı keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə muxtar respublikamızın gəzməli - görməli yerlərinə, tarixi abidələrinə, muzeylərə  ekskursiyalar təşkil edilir.

Bu qəbildən olan  növbəti tədbir “Saat Meydanı” turistik və istirahət mərkəzində təşkil edilib. Tədbirdə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş həmçinin şəhid övladlarından ibarət  38 uşaq  iştirak edib.

Uşaqlar əvvəl onlar üçün müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlara “patrul bebek”animasiya cizgi filmi nümayiş etdirilib.Tədbirin sonunda  uşaqlar üçün  əyləncəli oyunlar təşkil edilib.

Joomla 1.5