27.07.20 14:28
2020-ci ilin 6 ayı ərzində görülən işlərlə bağlı kollegiya iclası keçirilmişdir
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1117-2020-07-27-12-30-57.html#sigProId65ca5a0963
İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, görüş, iclas, tədbir, seminar, konfrans, monitorinqlər keçirilmiş, beynəlxalq günlər qeyd edilmiş və “Muzey günləri” çərçivəsində muzeyə gediş təmin edilmişdir. Muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar toplanmış, Komitədə yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlili aparılmışdir.
Belə ki, 2020-cu il 01 yanvar tarixə olan məlumata əsasən muxtar respublikada 97793 ailə vardır ki, bu da keçən illə müqayisədə 752 və ya 0.77 % ailə çoxdur. Bunlardan 1373-ü qaçqın və məcburi köçkün ailə, 220-si şəhid ailəsi vardır. Hesabat dövrü ərzində 412-si aztəminatlı ailə vardır ki, bu da keçən illə müqayisədə 49 və ya 10.63 % aztəminatlı ailə azdır. Muxtar respublikada yaşayan 583 uzunömürlü ailə haqqında məlumatlar toplanılaraq Komitədə yaradılan məlumat bazasına əlavə edilmişdir. Bununla yanaşı muxtar respublikada 230 min 032 qadın yaşayır ki, bu da keçən illə müqayisədə 1678 və ya 0.73% qadın çoxdur. Bu qadınlardan 6667-si sahibkar, 8489-u əlil, 211-i sosial xidmətdə olan ahıl (3-ü Ahıllar Evində yaşayan), 215-i bələdiyyə üzvü, bunlardan 9-u bələdiyyə sədri, 9057-si idmanla məşğul olan qadınlardır.
Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məşğulluğun təmin edilməsi məqsədilə aztəminatlı ailədən olan 51 qadın peşə kurslarına cəlb olunmuşdur ki, bu da ötən illə müqayisədə 26 qadın çoxdur. Bundan əlavə 24 əmək qabiliyyətli vətəndaşın, o cümlədən 23 qadının isə işlə təmin olunması üçün məlumatları aid orqanlara göndərilmişdir.
Ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, qadınların hüquqi biliklərinin artırılması, sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi məqsədilə 106 qadının iştirakı ilə Şərur rayonunun Siyaqut kəndində və Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş və 410 ədəd maarifləndirici broşür paylanılmışdır.
“Duzdağ” oteldə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilmişdir. Həmçinin konfransda layihə iştirakçısı olan qadınların 1600-dən çox hazırladıqları əl işlərindən və istehsal məhsullarından ibarət sahibkarlıq sərgisi nümayiş olunmuş və satışı həyata keçirilmişdir. Sərgidə 24 qadının 1017 manat dəyərində 327 əl işi və istehsal etdiyi məhsulları satılaraq məbləği qadınlara ödənilmişdir.
Hesabat dövrü ərzində müvafiq layihənin davamı olaraq Naxçıvan Biznes Mərkəzində “Naxçıvan Muxtar Respublikasında COVİD-19 təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrası ilə əlaqədar “Koronavirusdan qorunma tədbirləri” mövzusunda 3 seminar keçirilmişdir. Belə ki, 2020-ci il 11 iyun tarixində keçirilən seminarlarda Şərur, Sədərək, Şahbuz, Kəngərli, Culfa rayonlarından olan qadınlar, 2020-ci ilin 12 iyun tarixində keçirilən seminarda isə Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonlarından olan qadınlar iştirak etmişlər. Ümumilikdə keçirilən seminarlarda 39 qadın iştirak etmişdir. Keçirilən seminarlarda qadınlara COVİD-19-un iqtisadi və sosial təsirlərinə qarşı Naxçıvan Muxtar Respublikasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin mahiyyətindən, məqsədyönlü şəkildə aparılan işin nəticəsində COVİD-19-un adıçəkilən sahələrə təsirinin minimuma endirilməsindən bəhs edilməklə yanaşı, COVİD-19 və onun simptomları, yayılma yolları, yoluxma riskləri, qorunma tədbirləri haqqında slayd vasitəsi ilə ətraflı məlumat verilmiş, maarifləndirici broşürlər, qoruyucu vasitələr (tibbi maska və əlcək) paylanılmışdır. Seminarlar mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilmiş və layihə təşkilatçıları tərəfindən sosial şəbəkə hesablarında çanlı yayımlanmışdır. Seminarların sonunda qadınlara (Şərur rayonu üzrə 6 qadına-4550 manat, Sədərək rayonu üzrə 4 qadına-3200 manat, Şahbuz rayonu üzrə 5 qadına-4150 manat, Kəngərli rayonu üzrə 4 qadına-2800 manat, Culfa rayonu üzrə 3 qadına-1700 manat, Naxçıvan şəhəri üzrə 5 qadına-2500 manat, Babək rayonu üzrə 4 qadına-2000 manat, Ordubad rayonu üzrə 8 qadına-4650 manat olmaqla, 39 qadına ümumilikdə 25550 manat dəyərində vəsait) Azərbaycan Mikromaliyyə Assosiasiyası və layihə təşkilatçıları tərəfindən sərmayə kapitalının verilməsi ilə əlaqədar bağlanılan müqavilələr təqdim olunmuşdur.
Əlavə olaraq bildirilir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən layihə iştirakçısı olan qadınların hesabına 2020-ci ilin 15 iyun tarixədək siyahıda qeyd olunan məbləğdə vəsaiti köçürülmüşdür. Verilən sərmayə kapitalının 14-ü iribuynuzlu heyvandarlıq, 3-ü xırdabuynuzlu heyvandarlıq, 5-i qənnadı və un məmulatları, 2-si konservləşdirmə, 1-i əkinçilik, 1-i quşçuluq, 5-i dərzilik, 3-ü bərbərlik, 2-si xalçaçılıq, 1-i zərgərlik, 1-i rəssamlıq, 1-i isə psixoloji xidmət sahəsi üzrə fəaliyyət göstərəcəkdir. Sərmayə kapitalının 72 faizi ailə təsərrüfatının, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik və psixoloji xidmət sahələrinin genişləndirilməsinə və ya qurulmasına yönləndirilmişdir.
Layihə iştirakçısı olan qadınlar verilən vəsaitlə müvafiq sahələr üzrə avadanlıq, iribuynuzlu, xırdabuynuzlu heyvanlar və quşlar almışlar. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli rayonlarından olan və sərmayə kapitalı alan bir çox qadınların evlərində sərmayə kapitalının düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinqlər keçirilmişdir. Müvafiq monitorinqlər gələcəkdə də davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə 2 günlük “Gələcəyini planlaşdır” təlimi keçirilmişdir. Təlimdə 30 nəfər qadın iştirak etmiş, təlimin sonunda sertifikatlar təqdim olunmuşdur.
Hesabat dövründə beynəlxalq və əlamətdar günlərın qey olunması diqqətdə saxlanılmışdır. Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir: Şahbuz şəhərində yaşayan uzunömürlü 110 yaşlı Ceyran Qafarova, Şahbuz rayonunun Kükü kəndində yaşayan əlil qadınlar Mirvari və Şəfa Qurbanova bacıları və Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilmiş, bayramları təbrik olunmuş və hədiyyələr verilmişdir.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri keçirilmiş, tədbirdə müvafiq mövzuda film göstərilmiş, Komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara hədiyyələr verilmiş, tədbir bədii hissə ilə davam etmişdir. Həmçinin tədbirdə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunmuşdur. Sərgi-satışda 5 istedadlı qadının 124 manat dəyərində 22 əl işi və ailə təsərrüfatçısı olan 11 qadının 299 manat dəyərində 450 adda ailə təsərrüfatı məhsulları satılmış, dəyəri iş sahiblərinə ödənilmişdir. Ümumilikdə, hesabat dövrü ərzində 44 istedadlı və ailə təsərrüfatçısı olan qadının 1458 manat dəyərində 803 əl işi və ailə təsərrüfatı məhsulları satılmışdır.
Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Sədərək rayon Sədərək kəndində yaşayan aztəminatlı Abbasovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
15 may – Beynəlxalq Ailə Günü münasibətilə Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, aztəminatlı ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqsədilə Naxçıvan şəhərindən 6, Şərur rayonundan 5, Babək rayonundan 5, Ordubad rayonundan 3, Culfa rayonundan 3, Şahbuz rayonundan 3, Sədərək rayonundan 3 və Kəngərli rayonundan 2 ailə olmaqla ümumilikdə, 30 sağlamlıq imkanları məhdud olan, çoxuşaqlı, aztəminatlı ailələrə baş çəkilmiş, onlara bayram sovqatı verilmiş və ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Bundan əlavə Ordubad rayon Tivi kəndində yaşayan, muxtar respublikanın uzunömürlü sakini, anadan olmasının 100 illiyi tamam olan, ən uzunömürlü ailəsi olan, ikinci dünya müharibəsi veteranı Məhəmmədəli Sultanovun, Kəngərli rayon Qarabağlar kəndində və Ordubad rayon Behrud kəndində yaşayan uzunömürlü ailəsi olan Məmmədovlar və Sadiqovlar ailəsi ilə görüş keçirilmiş, ailələrə bayram sovqatı və hədiyyələr verilmişdir.
Komitə sədri bildirmişdir ki, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsini təmin etmək, onları daim diqqətdə saxlamaq, sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini öyrənib həlli istiqamətində işlər görmək Komitənin hər zaman prioritet vəzifələrindəndir. Muxtar respublika əhalisinin 164 min 546 nəfərini, yəni 35.80 %-ni uşaqlar təşkil edir ki, bu da ötən illə müqayisədə 1265 və ya 0.77 % uşaq çoxdur. Bu uşaqlardan 84-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, 133-ü övladlığa götürülmüş, 77-si xüsusi istedada malik, 1814-ü sağlamlıq imkanları məhdud olan uşaqlardır ki, bu da ötən illə müqayisədə 131 nəfər azdır. Sağlamlıq imkanları məhdud 1814 uşaqdan 688-i qız, 1126-sı oğlandır. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmışdır. Təhlil zamanı 1291-i anadangəlmə, 523 qazanılmış xəstəliklər nəticəsində sağlamlığını itirmiş uşaqlar olduğu məlum olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı işlər görülmüş, 10 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq Komitə tərəfindən monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısına uyğun olaraq 3 uşaq müəssisəsində və uçota alınmış valideyn himayəsindən məhrum olmuş 12 uşağın evində monitorinqlər aparılmışdır. Əlavə olaraq cari ilin 6 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 7 uşağın qeydiyyatı aparılmışdır
2013-cü il 23 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq elektron məlumat bankının mövcud vəziyyəti ilə bağlı müvafiq sahəyə məsul işçilərin iştirakı ilə iclas keçirilmiş, cari ilin 6 ayı ərzində elektron məlumat bankına 5689 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir., imimilılikdə elektron məlimat bankında 30086 uşaq haqqında məlimat işlənilmışdır.
Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan 70 uşağa Naxçıvan Dövlət Film Fondu tərəfindən film, 128 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən tamaşa göstərilmişdir.
Şahbuz rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı bu sahəyə məsul olan şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir. Müvafiq sahə ilə əlaqədar hazırlanmış 250 ədəd broşür seminar iştirakçılarına paylanılmışdır.
“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Komitə tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Şərur rayonu üzrə 12, Ordubad rayonu üzrə 7, Naxçıvan şəhəri üzrə 4, Babək rayonu üzrə 4, Sədərək rayonu üzrə 4, Kəngərli rayonu üzrə 3, Culfa rayonu üzrə 2, Şahbuz rayonu üzrə 1 uşaq olmaqla aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli və sağlamlıq imkanları məhdud 37 uşağın yaşadığı evlərdə və uşaq müəssisəsində görüşlər keçirilmiş, ailəyə ərzaq payı, uşaqlara ehtiyaclarına uyğun geyim dəstləri və bayram hədiyyəsi verilmişdir.
Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, toplanmış 11 litr qan xəstəxananın Qan Bankına verilmişdir.
Ramilə Seyidova qeyd etmişdir ki, hesabat dövrü ərzində Komitə tərəfindən kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmış, Naxçıvan Dövlət Televiziyasında 22 televiziya, Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda 9 radio verilişində maarifləndirici çıxışlar olmuş, Komitənin 26 tədbiri “Xəbərlər” proqramında, 1 tədbiri “Lider” Televiziyasında işıqlandırılmış, “Şərq qapısı” qəzetində 16, rayon qəzetlərində isə 6 materialı dərc edilmişdir. Komitənin rəsmi saytında, youtube, facebook və instagram səhifələrində və müxtəlif internet saytlarında 853 material yerləşdirilmişdir.
Komitədə mərkəzləşdirilmiş kargüzarlıq işi qanunvericiliyə uyğun olaraq aparılmışdır.
Bildirmişdir ki, hesabat dövrü ərzində Komitə əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Sonra şöbə müdirləri Vüsalə Vəliyeva, Gülər Əhmədova və baş məsləhətçi Firuzə Hüseynova məruzə ətrafında çıxışlar etmişlər, kollegiya iclasının qərarı qəbul olunmuşdur.
Kollegiyaya Komitə sədri yekun vuraraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “2020-ci ilin birinci yarısında ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqət əsas inkişaf göstəriciləri üzrə müsbət dinamikanın qorunub saxlanılmasına səbəb olmuşdur. 2020-ci ilin ikinci yarısında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır”.
Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq qarşıya qoyulan vəzifələr layiqincə icra ediləcək, işə tələbkarlıq, nizam-intizamı daha da artırılacaqdır.