Ali Məclisin Sədri Sərəncam imzaladı

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 18-də Səyahət İmanovun “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi  haqqında Sərəncam imzalayıb:

Sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Səyahət Yəhya oğlu İmanov “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsin”.

 

Joomla 1.5