Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də Rafael Əliyevin Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilsin”.

Qeyd edək ki, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

Joomla 1.5