Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması avqust ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin üzvü olan 87  qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, bu qadınlardan 3-nün bərbər, 1-nin kompyüter peşə kurslarına cəlb olunması üçün, ümumilikdə, 4 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına ötən ay ərzində 459 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Həmçinin 4-ü  məktəbəqədəryaşlı olmaqla, 50 sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılaraq onlarla geniş maarifləndirici söhbət aparılmış və uşaqlar haqqında məlumatlar bazaya əlavə edilmişdir.

Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 36 şifahi, komitənin elektron ünvanına 1 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

Joomla 1.5