Şərur rayonunda 15 sentyabr- Bilik günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktbli geyimi və dərs ləvazimatları verilmişdir

ÇapE-poçt

Bu gün Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon  Olimpiya İdman Kompleksində  sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn  himayəsindən məhrum,   təkvalideynli, aztəminatlı, çoxuşaqlı, şəhid ailələrdən olan uşaqlara məktəbli geyimi və dərs ləvazimatları paylanılmışdır.

Tədbirdə 4-ü şəhid, 2-si çoxuşaqlı, 1-i təkvalideynli, 60-ı sağlamlıq imkanı məhdud, 25-i hər iki valideynini itirmiş, 7-si aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 99 uşağa məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Tədbirdə  valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə  dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5