10.09.20 15:03
Bu gün Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında sağlamlıq imkanı məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı, çoxuşaqlı, şəhid ailələrdən olan uşaqlara məktəbli geyimi və dərs ləvazimatları paylanılmışdır.
Tədbirdə 1-i çoxuşaqlı, 1-i aztəminatlı, 2-si tək valideynli, 22-si sağlamlıq imkanı məhdud, 1-i hər iki valideynini itirmiş ümumilikdə 27 uşağa məktəbli forması və dərs ləvazimatları verilmişdir.
Tədbirdə valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.