Şahbuz rayonunda 15 sentyabr- Bilik günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimi və dərs ləvazimatları verilmişdir

ÇapE-poçt

Bu gün Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Araz Kinoteatrında sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı, çoxuşaqlı, şəhid ailələrdən olan uşaqlara məktəbli geyimi və dərs  ləvazimatları paylanılmışdır.

Tədbirdə 2-si aztəminatlı, 21-i sağlamlıq imkanı məhdud, ümumilikdə 23  uşağa məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

Joomla 1.5