Oktay Qurbanov təltif edildi

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Oktay Qurbanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında bank sisteminin inkişafında səmərəli fəaliyyətinə görə Oktay Aftandil oğlu Qurbanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".

Joomla 1.5