Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqların evlərində monitorinqlər keçirilmişdir

ÇapE-poçt

Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan sosial siyasətin mərkəzində insan və vətəndaş amilinin dayanması prioritet məsələlərdən biridir. Bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılmış, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquqlarının və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün İş Planına uyğun olaraq Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 18 sentyabr tarixdə Şərur şəhəri Mikayıl Müşfiq küçəsi, bina 9 ev 3 ünvanında yaşayan valideyn himayəsindən məhrum olmuş Yusifov Nizami Elvin oğlu və Yusifov Emin Elvin oğlunun,  Yengicə kəndində yaşayan hər iki valideynlərini itirmiş Cəfərov Bayraməli Fərhad oğlunun, Siyaqut  kəndində yaşayan hər iki valideynlərini itirmiş Qasımov Kamran Baloğlan oğlunun, Dizə  kəndində yaşayan valideyn himayəsindən məhrum olmuş Nəsibova Şəbnəm Valeh qızının və Nəsibov Saleh Valeh oğlunun  olmaqla,  ümumilikdə Şərur rayonu üzrə  müvafiq kateqoriyadan olan 6 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.

Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Joomla 1.5