Aztəminatlı ailələrə baş çəkilmişdir.

ÇapE-poçt

Muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması, sosial yönümlü layihələrdə iştirakı, hərtərəfli dövlət qayğısı ilə  əhatə  olunmasıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  və  müvafiq  rayon  və şəhər  İcra hakimiyyətlərinin  təşkilatçılığı ilə mütəmadi olaraq  aztəminatlı ailələrə  baş  çəkilir, onların problemləri  öyrənilir,  həlli  ilə əlaqədar  tədbirlər  görülür. Görülən  tədbirlərin  davamı olaraq  2020-ci il 22 sentyabr  tarixində  ilə Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi ev 26 ünvanında yaşayan aztəminatlı, çoxuşaqlı İsmayıllovlar, Şərur rayon Dərvişlər kəndində yaşayan aztəminatlı Abdullayevlər və Culfa rayon Kırna kəndində yaşayan aztəminatlı Musayevlərin ailəsinə baş çəkilib.

Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildirmişlər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində  muxtar  respublikada  ardıcıl və məqsədyönlü tədbirlər  həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlətin  dəstək və himayəsi ilə əhatələniblər. Belə ki,  ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.

Sonda  ailələrə ehtiyaclarına  uyğun koməklik göstərilib.

Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək öz minnətdarlıqlarını bildirdilər.

Joomla 1.5