Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqların evlərində monitorinqlər keçirilmişdir

ÇapE-poçt

Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılmış, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquqlarının və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün İş Planına uyğun olaraq Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 23 sentyabr tarixdə Naxçıvan şəhəri 54-cü məhəllə, ev 15 ünvanında yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Tumbul kənd inzibati ərazi dairəsində yaşayan valideyn himayəsindən məhrum Ak İnci Cəmil qızı və 6-cı küçə, döngə 3, ev 27 ünvanında yaşayan Məmmədli Sevgi Mətləb qızı olmaqla,  ümumilikdə Naxçıvan şəhəri üzrə müvafiq kateqoriyadan olan 4 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.

Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Joomla 1.5