“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

ÇapE-poçt

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilmişdir. Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olmuş, görülən işlərlə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport vermişdir. Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsidir. “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”, – deyən ulu öndər ölkəmizə hər iki rəhbərliyi dövründə dövlət müstəqilliyinin təminatçısı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu öndərimizin ordu quruculuğu sahəsində başladığı işi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılmış, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir. Qeyd olunmuşdur ki, ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanmış, hərbi qulluqçuların döyüş hazırlığı artırılmışdır. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmış, madditexniki baza möhkəmləndirilmiş, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilmişdir. Şərur Rayon Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin “Dövlət quruculuğu prosesində daxili qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikirlərini xatırladaraq demişdir: Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir. Ali Məclisin Sədri demişdir: Bu gün blokada şəraitində və işğalçı ölkə ilə sərhəddə yerləşməsinə baxmayaraq, muxtar respublikadakı birlik, vətənpərvərlik torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Vətənpərvərlik isə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib .Ulu öndərimiz deyirdi ki, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Əsl vətənpərvərlik odur ki, hər an Vətənin müdafiəsinə və onu qorumağa hazır olasan. Muxtar respublikadakı xalq-ordu birliyi, insanların vətənpərvərliyi bizi qürurlandırır. Ali Məclisin Sədri ölkə üzrə elan olunmuş qismən səfərbərlikdə muxtar respublikadan iştirak edən və çağırışı böyük ruh yüksəkliyi ilə qarşılayan hər bir şəxsə, eləcə də təsərrüfatlarında yetişdirdikləri və istehsal etdikləri məhsullardan hərbi hissələrə sovqat aparan, əsgərlərimizlə görüşən və həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirmişdir. Həmçinin Ali Məclisin Sədri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə isə səbir diləmiş, yaralananların tezliklə sağalmasını arzulamış, çıxışını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq vəAzərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək demişdir ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Muxtar respublikanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatmış, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olmuşdur. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılmış, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasirtipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilmiş, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Fazil Ələkbərov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası ərazi bütövlüyümüzün qorunması uğrunda Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hər an hazırdır. Baş leytenant Elçin Qurbanov demişdir: “Ali Məclisin Sədri tərəfindən daxili qoşunların şəxsi heyətinə göstərilən diqqət və qayğı, yaradılan şərait, muxtar respublikamız üçün görülən işlər göz önündədir. Döyüş hazırlığı nümayiş etdirərək hər an əldə silah Vətənin müdafiəsinə hazırıq. Ali Məclis Sədrinin dediyi kimi, “Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”. Muxtar respublikanın inkişafı üçün yürüdülən ardıcıl siyasət bizi daha da ruhlandırır.Yaradılan şəraitə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlığımızı bildirir və əmin edirik ki, Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə hər an hazırıq. Bizim bir amalımız var: Dövlət və dövlətçiliyə sədaqət, Vətən uğrunda canımızı əsirgəməmək. Xalqımıza qələbə əzmini yaşatmaq üçün əmr gözləyirik”. Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir. Sonra əsgəri-məişət kompleksinə baxış olmuşdur. Məlumat verilmişdir ki, 5 hektar sahəni əhatə edən əsgəri-məişət kompleksinin tikintisinə 2014-cü ildə başlanıb. Kompleksdə yerləşən inzibati bina 5 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində qərargah və tibb məntəqəsi, digər dörd mərtəbədə 448 yerlik əsgər yataqxanası, zirzəmidə isə xüsusi əşya və vasitələr anbarı, eləcə də idman zalı vardır. 2 mərtəbəli yeməkxana binasında anbarlar və qazanxana, 252 yerlik yemək zalı və xidməti otaqlar yerləşir. Ərazidə 10-u bağlı olmaqla, 52 yerlik avtomobil və zirehli texnika saxlancı, avtomobilyuma, təmir, yanacaqdoldurma və texniki nəzarət məntəqələri, eləcə də sürücülərin hazırlığı üçün sinif otağı vardır. Həmçinin kompleksdə qarovul binası, silah-sursat anbarları, hamam-camaşırxana, helikopter meydançası, 2 nəzarət-buraxılış məntəqəsi, idman və qarovul şəhərcikləri, maneələr zolağı, 3 istirahət guşəsi və uşaqəyləncə meydançası tikilmiş, ərazi çəpərlənmişdir. Ali Məclisin Sədri xüsusi təyinatlıların istifadəsində olan silah və texnikalara baxmış, zabit-gizir ailələri ilə görüşmüşdür. Ali Məclisin Sədri demişdir: “Əsgəriməişət kompleksində həm ailələrin yaşayışı, həm də şəxsi heyətin öz xidmətlərini düzgün təşkil etmələri üçün lazımi şərait yaradılıb. Xidmət o zaman uğurlu olur ki, hərbçi ailələrinin rahat yaşayışı təmin edilsin. Ərazidəki yaşayış binası, məktəb və xidmət sahələri buna imkan verəcəkdir. Yaşayış binasındakı mənzillərin hər biri lazımi avadanlıqlarla təmin olunub. Burada bir ailə kimi yaşamalı, təmizliyə, hərbi nizam-intizama riayət etməlisiniz”. Hərbi qulluqçuların ailələri adından çıxış edən Günel Mirzəyeva demişdir: “Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidmətlərini rahat yerinə yetirsinlər. Müharibə şəraitində yaşadığımız bu dövrdə Vətənimizin hər qarış torpağı uğrunda əzmlə mübarizə aparsınlar. Mən hərbçi ailəsində doğulmuşam. Atam hərbçi olub. Qardaşım da atamın yolunu davam etdirir. Biz inanırıq ki, torpaqlarımız azad olunacaq. Biz hərbçi ailələri olaraq Ali Baş Komandanımızın və Sizin ətrafınızda sıx birləşmişik. Qələbə bizimlədir”. Hərbçi övladı, tələbə NərminAydınlı minnətdarlıq edərək demişdir: “Muxtar respublikada istər təhsil, istər səhiyyə, istərsə də ordu quruculuğu sahəsində böyük işlər görülür. Xüsusilə də dünyanı bürüyən pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər təqdirəlayiqdir. Bu günAzərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirir. Tezliklə qələbə bizim olacaq. Zəfər bayrağımız Qarabağda dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Hərbçi övladı Zeynəb Mirzəzadə Ali Məclisin Sədrinə yazdığı şeiri söyləmişdir. Sonra uşaqlara hədiyyələr təqdim olunmuş, hərbçi ailələri ilə xatirə şəkli çəkdirilmişdir. Baxış zamanı bildirilmişdir ki, zabit-gizir ailələri üçün tikilmiş 5 mərtəbəli xidməti yaşayış binasında 6-sı birotaqlı, 20-si ikiotaqlı, 4-ü üçotaqlı olmaqla, 30 mənzil vardır. Binada subay hərbi qulluqçular üçün 20 yerlik yataqxana və məişət otaqları da yerləşir. Gizir Oktay Əliyev minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın inkişafı göz önündədir. Yaradılan şərait Qurucu Rəhbərimizin əməyi sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz gündən-günə güclənir və inkişaf edir. Aprel döyüşləri, Günnüt kəndinin və hazırda işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi bunun bariz nümunəsidir. Verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq”. Hərbçi ailəsinin üzvü Sahilə Zeynalova demişdir: “Muxtar respublikanın rayon və şəhərləri gündən-günə çiçəklənir, abadlaşır. Görülən işlərdən hərbi hissələrə də pay düşür. Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidməti vəzifələrini əzmlə yerinə yetirsinlər. Biz də hərbçi ailələri olaraq onlarla çiyin-çiyinə  XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir. Ümummilli lider Heydər Əliyev hələ sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmiş, milli müstəqillik konsepsiyası ulu öndər tərəfindən işlənib hazırlanmışdır. “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əslmüstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hazır olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet SosialistRespublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSRAli Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan MuxtarRespublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “DünyaAzərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan MuxtarRespublikası ərazisindəAzərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı.Birsözlə, Naxçıvan xalqımızınmüstəqillik mübarizəsinin mərkəzinə çevrildi. 1991-ci il oktyabr ayının 18-dəAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalqımız şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına müstəqillik qazandı. Lakin bu, müstəqilliyi qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi. Təəssüf ki, müstəqilliyimizin ilkin mərhələsində –1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını millişüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı.Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının,söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider,şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ulu öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir. Bu dövrdə ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı. Mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoymasıAzərbaycanın xaricisiyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndərin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşlər nəticəsində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafınışərtləndirdi. Ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyrineftsektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir. Son illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə artmış, ümumi daxili məhsula bərabər səviyyədə valyuta ehtiyatları yaradılmışdır. Sosial problemlərin uğurlu həlli nəticəsində bu gün Azərbaycanda işsizlik minimum səviyyəyə endirilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafstrategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Bu tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqilAzərbaycan hər birAzərbaycan vətəndaşı üçün qürur mənbəyidir. BugünküAzərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”. Müstəqillik ən şirin nemətdir və ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, onu qorumaq əldə etməkdən çətindir. Müstəqilliyişərtləndirən mühüm amillərdən biri və başlıcası onun ərazi bütövlüyünün toxunulmazlığının təmin olunması, bunun üçün isə hər bir müstəqil dövlətin güclü ordusunun olmasıdır.ArtıqAzərbaycanın müstəqil ordusu var və öz gücünə, silah və texnika ilə təchizatına görə dünyanın ilk ən güclü 50 ordusu sırasında özünə yer alıb. Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə müxtəlif silahlardan yenidən atəş açmaqla yeni təxribatlar törətmiş, bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan müstəqil ordumuz öz gücünü göstərməkdədir. Ötən bu müddət ərzində 1 şəhər, 1 qəsəbə, 50-dən artıq kəndin, bir neçə strateji yüksəkliyin alınması, düşmənin milyardlarla ölçülən məbləğlərdə döyüştexnikasının məhv edilərək sıradan çıxarılması da onu göstərir ki, müstəqil dövlətimizin qüdrətli ordusu istənilən tapşırığı yerinə yetirməyə hazırdır və Ermənistanın işğalı altında olan torpaqlarımızda da Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil. Çünki bizim işimiz haqq işidir. Ölkə Prezidenti,Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin vurğuladığı kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq.Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir.Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik,Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq”. Qürur duyuruq ki, ölkəmiz müstəqil dövlət kimi yaşayır və inkişaf edir.Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. 30 ilə yaxındır, blokada vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublikamız muxtariyyətin, müstəqilliyin işığında böyük inkişaf yolu keçmişdir. Müstəqillik tariximizin ötən 20 ildən artıq bir dövründə muxtar respublikamız öz inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Belə ki, qədim diyarımız muxtariyyət qazanmasından bu tərəfə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqilAzərbaycanın yenitipli məktəblərə,səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunduğu Naxçıvanda torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə,sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Naxçıvanın hərbi təhlükəsizliyi təmin olunub, düşmənlə üz-üzə olan sərhəd kəndlərində sakinlər təhlükəsiz şəraitdə yaşayırlar. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasi xəttinin və ulu öndərimizin əmanəti olan müstəqilliyimizin bəhrələridir. Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur.Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”. “Şərq qapısı” torpaqlarımızın müdafiəsinə hazırıq”. Selcan Əlizadə yeni mənzillərinin sevincini vətənpərvərlik ruhunda söylədiyi şeirlə ifadə etmişdir. Ali Məclisin Sədri yeməkxanada olmuş, şəxsi heyətin qidalanması ilə maraqlanmışdır. Aşpaz Sevinc Müslümova demişdir: “Hərbi hissədə şəxsi heyətin qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Hərbçilərimizlə fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”. Ali Məclisin Sədrişəxsi heyətlə nahar etmişdir. Zabit-gizir ailələrinə xalça hədiyyə edilmiş, Ali Məclisin kollektivi adından gətirilmiş sovqat anbara təhvil verilmişdir.

 

Joomla 1.5