Heydər Əliyev Muzeyi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.

Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da  fəaliyyətə başlamışdır. Kollektivə muzey haqqında geniş məlumat verilib.  Qeyd olunub ki, bu il muzeyin yaradılmasından 21 il ötür. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyinin beş bölməsində hazırda 4900-dən artıq eksponat toplanıb. Kollektivə Ümummilli Liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Büün bunlar və muzeydə nümayiş etdirilən eksponatlar şərəfli yolun müxtəlif anlarını özündə əks etdirməklə Heydər Əlirza oğlu Əliyevin zəngin dövlətçilik və ictimai-siyası fəaliyyəti barədə dolğun təsəvvür yaradır.

Muzey ziyarəti zamanı kollektiv arasında sosial məsafənin qorunması təmin edilib.

Joomla 1.5