Aztəminatlı ailələrin özünüməşğulluğu təmin olunur

ÇapE-poçt

2020-ci ilin 9 ayı ərzində muxtar respublikada 149 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 26 ailənin hər birinə yanında balası olan 10 baş xırdabuynuzlu, 14 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə təndir çörəyi, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar, 1 ailəyə mebellərin təmiri və üzlənməsi üçün avadanlıqlar, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin doqquz ayı ərzində 901 nəfər ailə üzvü olan 197 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə süd sağımı, 5 ailəyə otdoğrayan, 2 ailəyə isə arpa-buğda qıran aqreqatları verilmişdir.

Joomla 1.5