Babək rayonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimi verilmişdir

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə  7-si təkvalideynli, 79-u sağlamlıq imkanı məhdud, 9-u hər iki valideynini itirmiş, 11-i aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 106 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

Joomla 1.5