12.11.20 19:02
Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayon Mədəniyyət Sarayında sağlamlıq imkanı məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı, şəhid ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.
Tədbirdə 2-si şəhid, 28-i sağlamlıq imkanı məhdud, 11-i hər iki valideynini itirmiş, 1-i təkvalideynli, 6-sı aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 48 uşağa qış geyimi verilmişdir.
Tədbirdə valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.