Şahbuz rayonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimi verilmişdir

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Araz Kinoteatrında sağlamlıq imkanı məhdud, aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə 1-i aztəminatlı, 20-si sağlamlıq imkanı məhdud, ümumilikdə 21  uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

Joomla 1.5