Kəngərli rayonunda sosial qayğıya ehtiyacı olan u şaqlara qış geyimi verilmişdir

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə  2-si aztəminatlı, 1-i tək valideynli, 21-i sağlamlıq imkanı məhdud, 1-i hər iki valideynini itirmiş ümumilikdə 25 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

Joomla 1.5