Şərur rayonunda sosial qayğıya ehtiyacı olan şagirdlərə geyimləri verilmişdir

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində  sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn  himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə 62-si sağlamlıq imkanı məhdud, 24-ü hər iki valideynini itirmiş, 8-i aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 94 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə  dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5