Sədərək rayonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimləri verilmişdir

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Təhsil Şöbəsində sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə  2-si aztəminatlı, 15-i sağlamlıq imkanı məhdud, 1-i tək valideynli, 1-i hər iki valideynini itirmiş ümumilikdə 19 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

Joomla 1.5