11.11.20 23:15
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1198-2020-11-13-06-28-29.html#sigProId13b004ffeb
Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.
Qarabürc kəndində abadlıq işləri də aparılıb, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 2 transformator quraşdırılıb, 3 min metr uzunluğunda yeni elektrik xətti çəkilib, 4 min metrlik elektrik xətti izolyasiyalı elektrik kabellərlə əvəz edilib. Kənddə yeni tikililərə qaz xətti çəkilib, 1560 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, mövcud subartezian quyusundakı nasos yenilənib.