19.11.20 19:05
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1207-2020-11-23-13-29-12.html#sigProIdce5e290464
Noyabrın 19-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız Eyvazov İslam Həsən oğlunun, Məmmədov Araz Qəhrəman oğlunun, Məmmədzadə Pərviz Zahid oğlunun və Rüstəmov Basid İdris oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.
Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.