23.11.20 14:35
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1209-2020-11-23-13-41-13.html#sigProIdb980e5fd4b
Noyabrın 22-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız İsgəndərov Niyaməddin Qulu oğlunun, Möhsümov Elmar Rövşən oğlunun və Hüseynov Mətin Ramiz oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.
Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.
Azərbaycan xalqı yenilməz və mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının qəhrəmanlıqları ilə bir daha təsdiqləyib. Xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır. Çünki torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edənlərin ömür yolu Vətənə sədaqət rəmzidir.