27.11.20 09:30
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1215-2020-12-01-08-18-22.html#sigProId076c419996
Haqq-ədalətin bərpasında Naxçıvan oğulları da əsl şücaət göstərmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Noyabrın 26-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabiti və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız Muradlı İlkin İlyas oğlunun və Nadirli Ərtoğrul Hümbət oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib
Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.