Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Muxtar Respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması noyabr ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq Naxçıvan şəhər 12 saylı tam orta məktəbdə monitorinq keçirilmiş, aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir.

Noyabr ayı ərzində elektron məlumat bankına 365 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, aztəminatlı və şəhid ailələrindən olan 86 uşağa mövsümlə əlaqədar qış geyimi verilmişdir.

Kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmış, komitənin internet resurslarında 168 material yerləşdirilmişdir.

Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 22 şifah müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

Joomla 1.5