Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da vardır.

Dadaşov Haxverdi Xudaverdi oğlu –polkovnik

“Zəfər” ordeni ilə,

Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant

“Qarabağ” ordeni ilə təltif edilmişdir.

Joomla 1.5