18.12.20 16:16
Bu gün Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən Virtual Sahibkarlar Yarmarkasının açılış tədbiri keçirilmişdir. Tədbiri Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək layihə
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1253-2020-12-18-12-20-18.html#sigProIdf7f15c58cd
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadın sahibkarlara göstərilən dövlət qayğısı ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verərək vurgulamışdır ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Bunun da nəticəsində sahibkar qadınların sayı ildən-ilə artır. Belə ki, 2020-ci ilin 01 iyul tarixə olan statistik məlumata görə muxtar respublikada 53-ü hüquqi, 6926-sı fiziki şəxs olmaqla, ümumilikdə 6979 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 564 nəfər qadın çoxdur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.
Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafında əsas göstərici olan ailə təsərrüfatlarına xüsusi diqqət və qayğı göstərilir. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Belə ki, hazırda 1040 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur.
Həmçinin muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində 2019 və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan müvafiq layihələr uğurla başa çatdırılmış, ümumilikdə, layihələrdə 102 qadına 69 min 250 manat dəyərində sərmayə kapitalı verilmişdır. Hal-hazırda həmin qadınlar təyinatları üzrə fəaliyyətlərini davam etdirirlər.
R.Seyidova bildirmişdir ki, bu gün Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsındə keçirilən Virtual Sahibkarlar Yarmarkasında muxtar respublikadan olan 32 istedadlı və ailə təsərrüfatçısı qadının 842 əl işi və ailə təsərrüfatı məhsulu çıxarılmışdır. Əsasən, muxtar respublika qadınlarının 159-u konservləşdirilmiş, 6-sı süd məhsulları, 17-si meyvə qurusu, 47-si dərman bitkisi, 23-ü şirniyyat, 216-sı toxuma, 206-sı dekorativ iş, 8-i yağlı boya və dekorativ tablo və 160-ı tikmə işləridir. Onu da qeyd edək ki, hazırlanan işlərin onlayn sərgilənməsi üçün çəkilmiş fotoları Azərbaycan Mikro Maliyyə Assosiasiyasına təqdim edilmiş və Virtual Sahibkarlar Yarmarkasının www.e-sergi.az səhifəsində yerləşdirilmişdir. Komitə sədri bugünkü Virtual Sahibkarlar Yarmarkasının muxtar respublika qadınları üçün faydalı olacağına əminliyimi bildirmiş, yarmarkaya öz işində uğurlar arzulamışdır.
Tədbirdə İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis Kristonia Lokhart, Polşa Mikromaliyyə Mərkəzi (MFC) müdir müavini Katarzina Pavlak və başqaları çıxış etmışdilər.
Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsinin təqdimatı ilə bağlı ətraflı məlumat vermişdir.
Tədbirdə Virtual yarmarkada iştirak edən qadınların əl işlərinin və istehsal etdikləri məhsulların təqdimatı keçirildi.