25.12.20 19:20
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1263-2020-12-25-15-22-58.html#sigProIdcbee142f86
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların hüquqlarının qorunması, təhsili, sağlamlıqlarının qorunması, milli ruhda təlim-tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onların hüquqlarının qorunması məqsədi ilə evlərində monitorinqlər keçirilir, hər il bu kateqoriyadan olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilir, uşaqlara teatr tamaşaları, film nümayiş olunur, həmçinin yay tətili günlərində istirahətləri təmin olunur. Sevindirici haldır ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hər biri sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər. Çıxış edənlər uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Tədbirin sonunda sosial qayğıya ehtiyacı olan məktəblilərə bayram sovqatı verilmişdir.