29.12.20 14:09
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 28 dekabr tarixdə Naxçıvan Uşaq Bərpa Mərkəzində monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı reabilitasiyaya cəlb olunan uşaqlara göstərilən xidmət, təsdiq olunmuş gün rejiminə əməl olunması, mərkəzin infrastrukturu və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin mərkəzdə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaqların hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqana göndərilmişdir.
Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.