"Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının 2020-ci il 30 dekabr tarixli 4 - VI QN nömrəli Qanununun qüvvəyə minməsilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında"
Naxçıvan Muxtar Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti:
2.1. həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin;
2.2. həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razilaşdırmaqla təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
4. Şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyəşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin yerli qurumları ilə birlikdə tədbirlər həyata keçirsinlər.
5. Bu Fərman 2021-ci il yanvarın 1- dən qüvvəyə minir.
230
Kişiye Erişildi
56
Etkileşim
66
1 Paylaşım
Beğen
Yorum Yap
Paylaş

 

 

Joomla 1.5